İşğal olunmuş Qüdsdə sionistlərlə fələstinlilər arasında qarşıdurma

İşğal olunmuş Qüdsdə sionistlərlə fələstinlilər arasında qarşıdurma

Xəbər mənbələri cümə axşamı gecəsi sionist mühacirlər və əsgərlərin işğal olunmuş Qüdsdə yerləşən “Şeyx Cərrah” məhəlləsinə hücumundan sonra sionistlərlə fələstinlilər arasında şiddətli qarşıdurma olduğunu bildiriblər.

Əl-Məyadinin məlumatına görə, Fələstin Qızıl Aypara Cəmiyyəti işğal altındakı Qüdsdə yerləşən “Şeyx Cərrah” məhəlləsində sionistlərlə fələstinlilər arasında baş verən qarşıdurmalardan sonra indiyədək 18 fələstinlinin yaralandığını açıqlayıb.

Bu xəbərə əsasən, sionist əsgərlər Şeyx Cərrah məhəlləsinə basqın zamanı 6 fələstinlini həbs ediblər.

Məlumatda bildirilir ki, sionist parlamentin (Knesset) üzvü İtmar Bin Qafir bir sıra mühacirlər və sionist hərbçilərin dəstəyi ilə Şeyx Cərrah məhəlləsinə yürüş edərək fələstinlilərə hücum edib.

Digər tərəfdən, sionist media sionist ordusunun işğal olunmuş Qüdsdə bu gecə baş verən iğtişaşlarla mübarizə üçün bu şəhərə 300 sərhədçi əsgər göndərdiyini bildirib.

Cümə axşamı səhəri sionist mühacirlər hücumu artırmaq çağırışından sonra ardıcıl qruplar halında Məscidül-Əqsaya hücum ediblər.

Bu xəbərə əsasən, Qüdsün işğalçı qüvvələri səhərin erkən saatlarında sionist mühacirlərin təhlükəsizliyini təmin etmək və Qüdsdə yaşayan fələstinlilərin köhnə şəhər daxilindəki Əl-Əqsa məscidinə daxil olmasının qarşısını almaq üçün yerləşdirilib.

Son günlər sionist qruplar, partiyalar və fəallar müxtəlif çağırışlarla mühacirləri Məscidül-Əqsaya yürüşdə iştirak etməyə təşviq ediblər.

Fələstin İnformasiya Mərkəzi həmçinin dünən gecə (çərşənbə günü) işğal olunmuş Qüdsün müxtəlif bölgələrində, xüsusilə də Şuafət düşərgəsi və Selvan qəsəbəsində fələstinlilərlə sionist işğalçılar arasında baş verən toqquşmalardan xəbər verib.

Bu toqquşmalar zamanı fələstinli gənclər Səlvan qəsəbəsində İsrail polisinin avtomobilini yandırıblar və sionist televiziyasının 14-cü kanalı xəbər yayaraq, dünən gecə Qüdsdəki vəziyyətin tamamilə rejimin nəzarətindən çıxdığını elan edib.

Yüksək rütbəli bir İsrail polisi də bildirib ki, dünən gecə (çərşənbə) İsrail qüvvələri üçün “Divarların keşikçiləri” əməliyyatından (Qəzzada Seyf əl-Qüds döyüşü) sonra ən çətin gecə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − two =