İşğal ordusunun fələstinlilərə qarşı yeni cinayəti

İşğal ordusunun fələstinlilərə qarşı yeni cinayəti

 İbrani mediası İsrail ordusunun Qəzza zolağında apardığı əməliyyatlarda fələstinli mülki şəxslərdən “insan qalxanı” kimi istifadə etdiyini üzə çıxarıb.

İbrani dilində çıxan “Haaretz” qəzeti qeyd edib: İsrail ordusunun mülki əhalidən canlı qalxan kimi istifadə etməsi sionist ordusunun yüksək rütbəli zabitlərinin məlumatı ilə həyata keçirilir.

Bu qəzet əlavə edib: İsrail ordusu tunelləri və binaları yoxlayarkən fələstinli mülki vətəndaşları öz qüvvələrinin ön sırasına yerləşdirir.

“Haaretz”in məlumatına görə, işğalçı ordunun canlı qalxan kimi istifadə etdiyi mülki şəxslər Qəzzanın müxtəlif bölgələrində işğalçı qüvvələr tərəfindən saxlanılıb.

Məlumata görə, ordu bir həftə ərzində uşaqlar və qocalar da daxil olmaqla müəyyən fələstinli mülki şəxslərdən qalxan kimi istifadə edib. işğalçı ordunun əsgərləri öz canlarının fələstinlilərin həyatından daha dəyərli olduğunu bəyan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =