İşğalçı İsrail fələstinlilərin namaz qılmasına icazə vermədi

İşğalçı İsrail polisi işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidində Ramazan ayının ilk təravihini qılmaq istəyən yüzlərlə fələstinlinin girişini qadağan edib.”Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, sionist rejim polisi yalnız qadın və 40 yaşdan yuxarı kişilərin məscidə daxil olmasına icazə verib.
Lakin polis digər fələstinliləri döyərək ərazidən uzaqlaşdırıb.