İşğalçı İsraildən İrana gülünc “cavab” əməliyyatı

İşğalçı İsraildən İrana gülünc “cavab” əməliyyatı

İşğalçı İsrail rejimi İrana qarşı 3 mərhələdən ibarət cavab əməliyyatı keçirdiyini iddia edibGünlərdir İrana ölümcül zərbə endirəcəyini, hətta zərbənin şiddətindən İranın nə baş verdiyini anlaya bilməyəcəyini iddia edən işğalçı İsrail rejimi gecə saatlarında İran İslam Respublikasına hücum şuousuna başlayıb. paytaxt Tehrandan kənarda, boş ərazidə partlayışlar törətməyə çalışan İsrailin hücumları Havada Müdafiə Sistemlərinin işə düşməsi ilə yarımçıq qalıb.

İsrail rejimi daha sonra Xuzistan və İlam əyalətlərindəki, hərbi ərazilərə hücuma cəhd edib. Bu hücumlar da Müdafiə Qüvvələrinin sayıqlığı nəticəsində ciddi zərər-ziyana səbəb olmayıb.

Dünya mediası da İsrailin bu hücumunun İranın İsrail ərazilərinə “Sadiq Vəd 2” hücumu ilə müqayisədə gülünc bir şou olduğunu bildiriblər.
Rəsmi Tehran məhdud partlayış səslərinin əksəriyyərinin Havada Müdafiə Sistemlərinin işə düşməsinə aid olduğunu bildirib.

Sionist rejim ordu rəhbərliyi məyus simalarla kamera önünə keçərək, “İrana cavab əməliyyatı başa çatdı” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − sixteen =