İşğalçı qüvvələrin Nablusun şərqinə hücumu nəticəsində 7 nəfər yaralanıb

İşğalçı qüvvələrin Nablusun şərqinə hücumu nəticəsində 7 nəfər yaralanıb

Fələstin Rəhbərliyinin Qızıl Aypara Cəmiyyəti elan edib: İşğalçı qüvvələrin İordan çayının qərb sahilinin şimalında Nablus şəhərinə təşkil etdiyi hücumlarda 7 nəfər yaralanıb, Qızıl Aypara qüvvələri də daxil olmaqla 33 nəfər gözyaşardıcı qazın inhalyasiyası səbəbindən zəhərlənib.

İRNA-nın çərşənbə günü xəbər mənbələrinə istinadən verdiyi məlumata görə, sionist əsgərlər bu gün səhər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər.

Sionist rejimin xüsusi təyinatlı qüvvələri çərşənbə günü səhər İordan çayının qərb sahilinin Tubas şəhərinə basqın ediblər.

Bu hücumdan sonra Fələstin müqavimət qüvvələri ilə işğalçı qüvvələr arasında şiddətli silahlı toqquşmalar baş verib.

Sionist işğalçılar bu gün səhər saatlarında Cəninin qərbində yerləşən “Yamun” şəhərinə də hücum ediblər.

Onlar fələstinli yaraqlılarla döyüşərək “Mahmud Əl-Fəvaz” adlı gənci həbs etdikdən sonra ərazini tərk ediblər.

Eyni zamanda sionistlər İordan çayının qərb sahilindəki “Əl-Bire” bölgəsinə hücum edərək Fələstin müqavimət qüvvələri ilə toqquşmalara səbəb olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 3 =