İşğalçı sionist hərbçilər tərəfindən 55 jurnalist şəhid edilib

İşğalçı sionist hərbçilər tərəfindən 55 jurnalist şəhid edilib

Fələstin Jurnalistlər Birliyi sionist rejimin 2000-ci ildən bəri 55 fələstinli jurnalisti qətlə yetirdiyini açıqlayıb.

Fələstinin “Vəfa” xəbər agentliyinin məlumatına görə, Fələstin Jurnalistlər Birliyinin rəhbəri Nasir Əbu Bəkr 2000-ci ildən bəri sionist rejimin 55 fələstinli jurnalisti qətlə yetirdiyini bildirib.

O, əlavə edib: Keçən il sionist əsgərlər işğal olunmuş Fələstində Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqilə və yerli qəzet müxbiri Ğufran Vərasənəni öldürüblər.

Fələstin Jurnalistlər Birliyinin rəhbəri sözlərinə belə davam edib: 2013-cü ildən bu yana sionist rejim tərəfindən jurnalistlərə qarşı 8500-dən çox hücum faktı qeydə alınıb.

O aydınlaşdırıb: Sionist hərbçilərin jurnalistlərə hücumlarının çoxu işğal olunmuş Qüdsdə baş verib və məqsəd bu torpaqlardakı həqiqətlərin dünyaya çatdırılmasının qarşısını almaq olub. Sionistlər eyni zamanda İslam və Xristianların müqəddəs məkanlarına da hörmətsizliklər edib.

Qərargahı Livanın paytaxtı Beyrutda yerləşən “Jurnalistlərə Dəstək” Komitəsi bundan əvvəl sionist rejimin jurnalistləri həbs etmək siyasətini davam etdirdiyini və hazırda 21 fələstinli jurnalistin bu rejimin həbsxanalarında olduğunu elan etmişdi.

“Jurnalistlərə Dəstək” Komitəsi bir bəyanatda əlavə edib: Sionist rejimin məqsədi işğalçı rejimin Fələstin xalqına qarşı rüsvayçı cinayətlərini faş etmək istiqamətində fələstinli jurnalistlərin peşəkar fəaliyyətlərinin qarşısını almaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =