İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır

Baş nazir Əli Əsədov İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Qrərar imzalayıb.

Trend xəbər verir ki, Qərarla “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

– İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılsın.

– “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının müvafiq olaraq 7.4-cü və 7.8-ci bəndlərinə uyğun apardıqları inventarlaşdırma işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil versinlər.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =