İŞİD ailələrindən 13 min insanı Mosula köçürməklə Amerikanın İraqa qarşı planı

İŞİD ailələrindən 13 min insanı Mosula köçürməklə Amerikanın İraqa qarşı planı

Məlumatlı siyasi mənbə bildirib ki, ABŞ Suriyadakı Əl-Hul düşərgəsindən İŞİD ünsürlərinin ailələrinin 13 minə yaxın üzvünü Mosuldakı Əl-Cəda düşərgəsinə köçürməyi planlaşdırır.

Məlumatlı siyasi mənbə bildirib ki, Amerika bu ölkə və bölgədəki işğalçı varlığını davam etdirmək üçün İraqda İŞİD terror qruplaşmasını gücləndirməyə çalışır.

Bu mənbə Əl-Məlumə xəbər saytına bildirib: Amerika İŞİD ünsürlərinin ailələrindən olan 13 min nəfəri Suriyadakı Əl-Hul düşərgəsindən Mosuldakı Əl-Cəda düşərgəsinə köçürməyi planlaşdırır və məqsəd bu terror qruplaşmasının fəaliyyətinin geri qaytarılmasını təmin etməkdir.

İŞİD və Amerikanın əməkdaşlığı Suriya və İraqda dəfələrlə sübuta yetirilib. Təbii ki, çoxlu sayda amerikalı siyasətçi də etiraf edib ki, İŞİD-i Amerika yaradıb və pul ödəyib. ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi prezident seçkilərində namizədliyini açıqlayarkən çıxışında İŞİD terror qruplaşmasını Vaşinqtonun yaratdığını etiraf edib.

O, Amerikanın bu yolla öz qüvvələrinin İraqdakı mövcudluğunu uzatmaq üçün siyasi qazanclar axtardığını bəyan edib.

Bu mənbə ABŞ-ın ən geci bu ilin sonuna qədər Əl-Hul düşərgəsini bağlamağı planlaşdırdığını vurğuladı və belə davam etdi: Bu, azad edilmiş vilayətlərin təhlükəsizliyini və sabitliyini pozmaq və bu ölkədə xaos yaratmaq üçün bir hərəkətdir.

İraqda təhlükəsizlik məsələləri üzrə ekspertlərdən biri olan Ədnan Əl-Kənani də Vaşinqtonun Bağdaddakı səfiri Elina Romanovskinin İraqın təhlükəsizliyini və regionun sabitliyini pozmaq planına rəhbərlik etdiyini açıqlayıb.

Amerikanın bölgədəki mövcudluğunun davam etməsinin qeyri-sabitlik yolu ilə əldə edildiyini bildirən Əl-Kənani ABŞ səfirinin İŞİD ailələrini Əl-Hul düşərgəsindən İraq torpaqlarına köçürmək cəhdinin İraqın təhlükəsizliyini pozmağa yönəlmiş yeni bir aksiya olduğuna aydınlıq gətirib.

İraq Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Amerika səfiri İraqın xarici işlər naziri Fuad Hüseyndən Əl-Hulda yerləşən bütün İŞİD ailələrinin İraqa qaytarılması üçün səy göstərməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − five =