İŞİD Kərkükdə terror aktı törətdi

İŞİD Kərkükdə terror aktı törətdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri İraq ordusuna aid bir hərbi maşının şəhərin cənubundakı Daquq bölgəsi yaxınlığında hücuma məruz qaldığını bildirib.

Hücumun terror təşkilatı İŞİD yaraqlıları tərəfindən həyata keçirildiyini bildirən Nuri hərbi nəqliyyat vasitəsi keçərkən yol kənarına yerləşdirilən bombanın pultla partladıldığını söyləyib.

Nuri hücum nəticəsində 1 İraq əsgərinin öldüyünü və 4 əsgərin yaralandığını bildirib.

Əmir Nuri Daquq şəhəri yaxınlığında əməliyyat başladıldığı barədə də məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 2 =