İŞİD lideri və fəaliyyəti barədə yeni xəbərlər

İŞİD lideri və fəaliyyəti barədə yeni xəbərlər

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq Terrorla Mübarizə Xidmətinin rəhbəri, yeni İŞİD lideri haqqında yeni məlumatlar aldığını və bunun artıq İŞİD ünsürlərində əsas fiqur olmadığını ifadə etdi.

İraq Terrorla Mübarizə Xidmətinin rəhbəri Əbdülvəhhab Əs-Sədi İŞİD terror qruplaşmasının lideri Əbu İbrahim Əl-Qurəşi haqqında yeni məlumatlar alındığını söylədi.

Əs-Sədiyə istinadən Əl-Qurəşinin artıq İŞİD ünsürlərinə birbaşa rəhbərlik edə bilməyəcəyi bildirilib. İraqlı komandirin sözlərinə görə, Əl-Qurəşi davamlı olaraq İraq və Suriya arasındakı sərhəddə hərəkət edir və bu hərəkətlər sərhəd bölgələrində daha aydın görünür. Əl-Qurəşinin artıq İŞİD ünsürləri üçün əhəmiyyətli olmadığını və bu səbəbdən fərdi və gizli hərəkət etdiyini qeyd etdi.

Keçən il İŞİD Əl-Qurəşini Əbu Bəkr Əl-Bağdadinin varisi elan etdi. Əl-Bağdadi 2019-cu ilin oktyabrında Suriyanın şimal-qərbindəki hərbi əməliyyat zamanı öldürülüb.

İraq təhlükəsizlik qüvvələri, xüsusən Həşdi-Şəbi (qüvvələri də İŞİD ünsürlərinin İraq ərazisinə girməsinin qarşısını almaq üçün Suriya ilə sərhəddə müxtəlif əməliyyatlar həyata keçirirlər.

İŞİD terrorçularının əksəriyyətinin ABŞ qüvvələrinin olduğu ərazilərdən İraqa girdiyi bildirilir. Bununla yanaşı, İraq təhlükəsizlik qüvvələri səhra və sərhəd bölgələrini nəzarətdə saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =