İŞİD liderinin özünü partlatdığı evin görüntüləri- Video
ABŞ Silahlı Qüvvələri Suriyanın şimal-qərbində həyata keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşini zərərsizləşdiriblər.
“Qafqazinfo” xəbər verir ki, “TRT Haber” əməliyyatın aparıldığı evdə olub.
Həmin evin sahibi Qureyşi barədə danışıb. Bildirib ki, ondan şübhələnməyib: “O, adi bir insan kimi idi, biz heç vaxt şübhələnməmişdik. O, bizə Hələbdən olduğunu demişdi”.
Qafqazinfo.az