İŞİD minalarının partlaması nəticəsində iki suriyalı uşaq həlak olub

İŞİD minalarının partlaması nəticəsində iki suriyalı uşaq həlak olub

Suriyanın şərqində İŞİD minalarının partlaması nəticəsində iki suriyalı uşaq ölüb, bir uşaq isə yaralanıb.

Suriyanın şimal-şərqindəki Deyrəz-Zur əyalətində İŞİD terrorçularının qoyduqları minanın partlaması nəticəsində iki uşaq ölüb, bir suriyalı gənc yaralanıb.

SANA xəbər agentliyinin məlumatına görə, insident Deyrəz-Zur qəbiristanlığı ətrafında baş verib.

2017-ci il noyabrın 3-də İŞİD terrorçularının işğalından Deyrəz-Zur vilayəti azad edilib və 14 fevral 2017-ci ildə Bağuz kəndinin azad edilməsi ilə İŞİD-in Suriyadakı səhra hökmranlığına son qoyulub.

Amma terrorçuların qoyduğu minalar dinc insanların həyatına son qoyur.

Digər tərəfdən, İŞİD-in kiçik hücrələr şəklində hücumları davam edir və bununla əlaqədar olaraq cümə axşamı İŞİD terrorçuları Huma vilayətinin şərqindəki “Asriya” bölgəsində Suriya hərbi karvanına hücum edib. Nəticədə bir neçə suriyalı əsgəri şəhid olub və yaralanıb.

Hüma vilayətinin şərqindən Hums vilayətinin səhraları və “Tədmir” ərazisi İŞİD terrorçularının fəaliyyətinin əsas mərkəzləri hesab olunur və Suriya ordusu bu ərazidə dəfələrlə axtarış-təmizləmə əməliyyatları həyata keçirib.

Bununla əlaqədar fevralın 17-də Suriya ordusunun xüsusi təyinatlıları Tadmir şəhərinə daxil olaraq Hums vilayətinin səhralarında təmizləmə əməliyyatlarına başlayıblar.

Terrorçular kürd silahlı birləşmələrinin (SDQ) qərargahına da vaxtaşırı pusqu qururlar və ya hücum edirlər. Son bir həftə ərzində İŞİD-in müxtəlif hücumları nəticəsində dörd kürd yaraqlı öldürülüb və yaralanıb.

Suriyanın Əş-Şərqiyyə kanalı da bu gün Deyr əz-Zorun şərqindəki Həcin qəsəbəsində İŞİD-in hücumu nəticəsində avtomobilində öldürülən kürd yaraqlı komandirinin şəklini yayımlayıb. Cümə axşamı günü də bir kürd yaraqlı İŞİD terrorçuları tərəfindən oğurlanaraq öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 10 =