İslam İnqilabının Rəhbəri bugünkü çıxışında Qarabağ münaqişəsinə toxunub (Video İzlə)

İslam İnqilabının Rəhbəri bugünkü çıxışında Qarabağ münaqişəsinə toxunub (Video İzlə)

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İslam Peyğəmbəri (s) və imam Sadiqin (ə) mövludu münasibəti ilə çıxış edən Ayətullah Xamenei çıxışının bir hissəsində Qarabağ münaqişəsinə də toxunub.

Ali Rəhbər çıxışının son hissəsində Ermənistanla Azərbaycan Respublikası arasında baş verən son müharibəyə toxunaraq bunun acı bir hadisə olduğunu və bölgənin təhlükəsizliyinə təhdid olduğunu vurğulayaraq buyurub:

“Bu hərbi qarşıdurma ən qısa müddətdə sona çatmalıdır. Əlbəttə ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının bütün əraziləri azad edilməli və Azərbaycana qaytarılmalıdır. Bu problemin həllinin əsas prinsipini işğal edilmiş torpaqların Azərbaycana qaytarılması təşkil edir.”

Ayətullah Xamenei bu ərazilərdəki insanların təhlükəsizliyini və hər iki tərəfin beynəlxalq sərhədlərə riayət etməsinin vacibliyini də vurğuladı və əlavə etdi:

“Etibarlı məlumatlara görə bölgəyə daxil olan terrorçular İran sərhədlərinə qətiyyən yaxınlaşmamalıdırlar. Əgər onlar bizim əsrhədlərimizə yaxınlaşsalar, onlara qarşı sərt tədbirlər həyata keçiriləcək. “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − nine =