İslam İnqilabının Rəhbəri: İşçi istehsalın dayağıdır, bu onurğa sütunu zəifləməməlidir

İslam İnqilabının Rəhbəri: İşçi istehsalın dayağıdır, bu onurğa sütunu zəifləməməlidir

İnqilabının Rəhbəri istehsalın ölkə iqtisadiyyatının sütunu, işçinin isə istehsalın dayağı və fəqərə sütunu olduğunu vurğulayaraq deyib: Biz bu onurğa sütununun zəifləməsinə imkan verməməliyik.

Mehr Xəbər Agentliyinin məlumatına görə, ilin ikinci ayında “inflyasiyaya nəzarət, istehsalın artımı” və əmək və fəhlə həftəsi münasibəti ilə ölkənin hər yerindən bir qrup işçi İslamı inqilabın rəhbəri Ayətullah Xamenei ilə İmam Xomeyninin (r.ə) Hüseyniyyəsinə keçirilən görüşə qatılıb.

İnqilab liderinin açıqlamalarının ən mühüm məsələləri belədir:

Ölkədə müftə qazanc mədəniyyətinə son qoyulmalıdır. Gəlir birbaşa işlə bağlı olmalıdır.

Məmurun daxili korrupsionerlə mübarizəyə cəsarəti çatmazsa, xarici zorakılarla da mübarizəyə cəsarəti çatmaz. Ümid edirik ki, Xalq Hökuməti və İnqilab Məclisi korrupsiyanın yeddi başlı əjdahasına qarşı mübarizəni sonuna qədər davam etdirəcək.

İş cəmiyyətin həyatıdır, iş insanların həyatının dayağıdır, işsiz heç nə yoxdur. Yediyimiz yeməklər, geyindiyimiz paltarlar, həyatımızın ondan asılı olduğu və istifadə etdiyimiz imkanlar – bunların hamısı əməyin nəticəsidir.

İşi kim görür? İşçi. Beləliklə, işçinin dəyəri nədir? İşçinin dəyəri cəmiyyətin həyatının, insanların həyatının dəyəridir.

Sözdə işçini hamımız tərifləyirik, lakin dillə tərif etmək yetərli deyil, işçilər üçün də bir iş görmək lazımdır.

İstər dövlət məmurları, istərsə də sahibkarlar, investorlar bilməlidirlər ki, həyatı yaxşılaşdırmaq üçün səy göstərilsə, ölkənin vəziyyəti yaxşılaşacaq.

İşçinin qayğısı olmayanda, işinin təhlükəsizliyi və firavanlığı olanda, həyatı rahat keçəndə işin və məhsulun keyfiyyəti yüksələr.

Əmək mühitində etirazlar olub, bildiyimə görə, bu etirazların bəziləri yerli-yerində etirazlardır: gecikmiş maaşlara etiraz, işlərin yanlış şəxslərə təhvil verilməsinə etiraz və sairə. Bu, sistemə və hökumətə kömək etmək və sistemi məlumatlandırmaq üçündür.

  Belə hallarda məsul orqanlar məsələni araşdırdıqda, işçilərin haqlı olduqlarını gördülər; Nəticədə, bu məsələlərdə zəhmətkeş camaat düşmənə etirazdan sui-istifadə etməyə imkan vermədi. Bu, işçi hərəkatıdır.

Korrupsiyanın mənbəyi işsizlikdir. Bu korrupsiyaların çoxu işsizliklə bağlıdır. Bundan bir neçə il əvvəl, təqribən, üç-dörd il əvvəl biz o vaxtkı hökumətlə sosial zərərləri araşdırmaq  üçün fəaliyyətə başladıq. Hətta iclaslarda özüm də iştirak edirdim, sosial zərərləri araşdırmaqla bağlı görüşlər bir neçə saat çəkirdi. Mən özüm belə qənaətə gəldim ki, bu xəsarətlərin çoxu işsizlikdən qaynaqlanır. Asılılıq işsizliklə, korrupsiya işsizliklə, oğurluq işsizliklə bağlıdır. Boşanmalar, ailələrin dağılması işsizliklə bağlıdır.

Əməyin formalaşmasına cavabdeh olan qurumlar bilməlidirlər ki, cəmiyyət üçün iş yerləri yaratmaq, məşğulluq yaratmaq çox vacibdir.

Ölkə rəhbərliyi işsiz, təhsilli və iş axtaran gəncləri düşünməlidir.

Təxminən iyirmi il bundan əvvəl korrupsiyaya qarşı mübarizə haqqında geniş məqalə yazmışdım. Mən orada da dedim ki, korrupsiyaya qarşı mübarizənin davamı lazımdır. Əgər o gündən hörmətli məmurlar bu işin ardınca getsəydilər, şübhəsiz ki, bu gün daha yaxşı vəziyyətə nail olardıq.

Ölkə iqtisadiyyatının dayağı istehsaldır. İstehsalın dayağı işçidir. İşçinin, bu onurğa sütununun zəifləsinə imkan verməməliyik. Bu il istehsalın artıracağımızı dedik. Beləliklə, istehsal artımı necə baş verir? İstehsal artımının mühüm hissəsi işçilərlə bağlıdır.

İstehsalın artması, vəziyyəti yaxşılaşdırmaq üçün işçinin həyat şəraitinin yaxşılaşdırılmasını mühüm prinsip hesab etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 6 =