İslam İnqilabının Rəhbəri: Nüvə anlaşmasında verilən boş vədlər kifayətdir

İslam İnqilabının Rəhbəri: Nüvə anlaşmasında verilən boş vədlər kifayətdir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Təbriz camaatının tarixi qiyamının ildönümündə Ayətullah Xamenei buyurub: “Ölkənin dərdinin dərmanı fəal seçkilər və xalqın doğru seçim etməkdə ümumi müvəffəqiyyətidir.”

Ali Rəhbər seçkilər barədə danışarkən belə qeyd edib: “Önümüzdəki aylarda keçiriləcək seçki ilə bağlı danışacağım çox şey var. Lakin hələlik bu cümlə ilə kifayətlənirəm: Ölkənin dərdinin dərmanı seçkilərin coşğusu, xalqın aktivliyi, daha sonra prezident seçkilərində münasib şəxsin seçilməsidir.”

Ayətullah Xamenei çıxışının sonunda nüvə anlaşması barədə danışaraq belə bildirib: “Qeyd etmək istədiyim son məsələ nüvə anlaşması ilə bağlıdır. Nüvə anlaşması və İslam Respublikasının siyasətləri haqqında çox danışdıq. Sözlər danışılır və vədlər verilir. Bu gün yalnız bu sözü demək istəyirəm ki, yaxşı sözlər və şirin vədlər çox eşitdik və bu vədlərin sonradan pozulmasına da çox şahid olduq. Sözlər və vədlər faydasızdır. Bu dəfə yalnız addım atılmalıdır. Qarşı tərəfdən mübət addım görsək, biz də lazımi addımlar atacağıq. İslam Respublikası daha keçmişdə olduğu kimi boş vədlərlə razılaşmayacaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 13 =