İslamabad-Tehran-İstanbul yük qatarı Ankaraya çatıb

İslamabad-Tehran-İstanbul yük qatarı Ankaraya çatıb

Türkiyənin nəqliyyat naziri İslamabad-Tehran-İstanbul yük qatarının Ankarada qarşılanma mərasimində bildirib ki, dəmir yolu xətti xeyli vaxta və pula qənaətə səbəb olacaq.

Çərşənbə günü ilk İslamabad-Tehran-İstanbul (İTİ) yük qatarının Türkiyənin paytaxtı Ankaraya gəlişi ilə eyni vaxtda mərasim keçirilib. Qatar Pakistandan Türkiyəyə yük aparırmış.

“Yeni Şəfəq” qəzetinin məlumatına görə, İTİ yük qatarı 21 dekabr 2021-ci ildə İslamabaddan yola düşüb və 13 günə Ankara şəhərinə çatıb. Mərasimdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Kara İsmayıloğlu, Pakistan parlamentinin üzvü Makdum Zeyn Huseyn Qureyşi və İran İslam Respublikasının Türkiyədəki səfiri Məhammad Fərazmand iştirak ediblər.

Məlumata görə, bu dəmir yolu marşrutunun məqsədi Pakistan, İran və Türkiyə arasında ticarəti gücləndirməkdir. Bu qatar 22 ton tutumlu 8 yük vaqonundan ibarətdir.

Türkiyənin nəqliyyat naziri bununla bağlı deyib: “Yeni dəmir yolu ixracatçılar və treyderlərə Pakistan, İran və Türkiyəyə çıxış üçün yeni seçimlər təklif edir.

 “Pakistan və Türkiyə arasında 35 günlük dəniz nəqliyyatı ilə müqayisədə bu dəmir yolu vaxta və pula qənaətə və iki ölkə arasında ticarətin inkişafına səbəb olur.”

Onun sözlərinə görə, İslamabad-Tehran-İstanbul qatarı ilə Pakistan, Hindistan, Çin, Əfqanıstan və İrana ixracatçılarda yeni dəmir yolu dəhlizi açılacaq. Bu yolla ölkə Asiya ilə Avropa arasında körpü və nəqliyyat bazası olmaq hədəflərinə bir addım daha yaxınlaşmış olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 3 =