İslami Cihad: Əgər münaqişə davam edərsə, sionistlər üçün çoxlu sürprizlərimiz olacaq

İslami Cihad: Əgər münaqişə davam edərsə, sionistlər üçün çoxlu sürprizlərimiz olacaq

Fələstin İslami Cihad hərəkatının hərbi qanadı Cənin düşərgəsində sionistlər üçün yaratdığı sürprizlərə işarə edərək, düşmənə qarşı müqavimətin davam edəcəyini vurğulayıb.

Bu gün səhər saatlarından (bazar ertəsi, 19 iyun) Fələstində yerləşən Cənin düşərgəsi sionist hərbçilərlə Fələstin müqavimət qüvvələri arasında görünməmiş münaqişənin şahidi olub.

Axtarışda olan bəzi müqavimət qüvvələrini həbs etmək bəhanəsi ilə Cəninə hücum edən sionist əsgərlər qəfil müqavimət qüvvələrinin pusqusunda qalıblar. Fələstin İslami Cihad hərəkatının hərbi qanadı olan Sərayəl-Qüds bəyanat yayaraq, sionist düşmənə qarşı müqavimətin davam etdiyini vurğulayıb.

Sərayəl-Qüds bugünkü əməliyyatı “Bəsul-Əhrar” (azadların gücü) adlandıraraq, Cənin düşərgəsindəki müqavimət qruplarının düşmən ordusunun rüsvay etməklə bağlı yeni səhifəsi hesab edib.

Bu qrupun bəyanatında bildirilir ki, bu, münaqişə raundunun sona çatması deməkdir və biz bu müharibədən daha güclü çıxmışıq və onun gedişində düşmənə bir neçə dəfə zərbələr endirmişik ki, onlardan birincisi Əl-Cabiriyyatdakı pusqudur. Bu pusquda sionistlərin maşınları arasında bir neçə mina partlayıb, nəticədə 7 əsgər yaralanıb.

Fələstin Xəbər Agentliyi bu açıqlamaya istinadən xəbər verir ki, Sərayəl-Qüds qüvvələri daha bir neçə bölgədə İsrail hərbçiləri ilə qarşıdurmaya müvəffəq olub. Düşmənin “Apaçi” helikopterləri ilə bir sıra mücahidləri hədəfə almasına baxmayaraq, onlar Allahın köməyi yaralanmadan bu ərazidən çıxa biliblər.”

Bu bəyanatda sionist düşmənə xəbərdarlıq edilib ki, bu hücumlar davam edərsə, onların sionistlər üçün çoxlu sürprizləri olacaq; Buna görə də Sərayəl-Qüds qüvvələri mümkün olan ən hazırlıqlı vəziyyətdədir və düşmənin gördükləri onun üçün hazırlananların yalnız kiçik bir hissəsi idi.

Gələcək hər hücumda düşmənin öz hesablamalarına yenidən nəzərdən keçirməli olduğunu deyən Sərayəl-Qüds aydınlıq gətirib: Biz hələ də Cenin düşərgəsinin sakinləri ilə bağladığımız əhdə sadiqik. Cihadımız davam edir və bütün sahələrdə silahlarımız hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =