“İslami Cihad” azad ediləcək iki girovu qaytarıb

“İslami Cihad” azad ediləcək iki girovu qaytarıb

Fələstinin “İslami Cihad” təşkilatı İsraillə əlavə mübadilə çərçivəsində bu gün azad ediləcək iki israilli girovu müttəfiqlərinə təhvil verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı olan “Səraya əl-Qüds” qruplaşmasının “Telegram” kanalında məlumat verilib.

“İsrailli girovlar Arbel Yehud və Qadi Mozes müttəfiqlərə təhvil verilib və İsraillə razılaşma çərçivəsində bu gün azad ediləcəklər”, – məlumatda qeyd olunur.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam” briqadaları israilli girov Aqam Bergeri Qəzza zolağındakı Cəbaliyə düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =