İslami Cihad Bəha Əbülətanın şəhadəti ildönümü bəyanat verib: Bizim mübarizəmiz davam edəcək

İslami Cihad Bəha Əbülətanın şəhadəti ildönümü bəyanat verib: Bizim mübarizəmiz davam edəcək

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Yüksək rütbəli hərbi komandirinin öldürülməsinin ildönümündə Fələstin İslami Cihadı bir bəyanat yayaraq Fələstin müqavimətinin işğalçı rejimə qarşı mübarizəsinin məhdud olmadığını və var olduğu müddətdə davam edəcəyini vurğuladı.

Fələstin İslami Cihadının hərbi qanadı Sərayəl-Qüdsün baş komandiri Bəha Əbülətanın şəhadətinin ildönümü ilə əlaqədar bir açıqlama verdi. Açıqlamada deyilir: “Bəha Əbülətanın şəhid olması müqavimətin gücünü artırdı və bu sui-qəsd əməliyyatı müqavimət mübarizəsinin hazırlıq səviyyəsinə, təchizatı və gücünə təsir göstərməyəcəkdir.”

Sərayəl-Qüds və Müqavimət sionist təcavüzünə cavab verməyə tam hazırdır və hər hansı bir sionist cinayətinə cavab veriləcəkdir. Düşmənlə mübarizə döyüş hazırlığı, müqavimətin gücləndirilməsinə əsaslanır və bu, işğalçı rejim məhv olanadək davam edəcək.

Sionist qırıcıların 12 noyabr 2019-cu il tarixində Qəzzə zolağının Əl-Şücaiyyə bölgəsinə hücumunda Bəha Əbüləta və həyat yoldaşı şəhid oldu. Sionistlər Həmasın siyasi bürosunun üzvü, Əkrəm Əl-Acuriyə sui-qəsd etmək üçün eyni zamanda Şama hücum etdilər, o, sağ qaldı, lakin oğlu Məaz şəhid oldu.

İslami Cihad həmin dövrdə eyni vaxtda törədilən bu iki cinayətə cavab olaraq “Səyhətul-Fəcr” adı altında Sionist rejimin qəlbini yüzlərlə raketlə hədəf almışdı. Müqavimət sıralarında qorxu yaratmağa çalışan İşğalçı rejimin bu axmaqlığına bir neçə dəqiqədən sonra sərt cavab verilməsi düşməni heyrətə gətirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 16 =