İslami Cihad: Baydenin səfərinin məqsədi Ər-Riyaddır

İslami Cihad: Baydenin səfərinin məqsədi Ər-Riyaddır

İslami Cihadın yüksək rütbəli üzvü ABŞ prezidentinin regiona səfərinin əsas məqsədinin Səudiyyə Ərəbistanı, qalan səfərlərin isə ikinci dərəcəli olduğunu bildirib.

Fələstin İslami Cihadının yüksək səviyyəli üzvü Məhəmməd Əl-Hindi ABŞ prezidenti Co Baydenin bölgəyə səfərini az əhəmiyyət kəsb etdiyini və bu səfərin Səudiyyə Ərəbistanına görə edildiyini, qalan səfərlərin isə marjinal olduğunu bildirib.

 “Fələstin Əl-Yəvm”in məlumaına görə, Əl-Hindi bu səfər zamanı Fələstin məsələsi ilə bağlı yeni bir hadisənin baş verməsinin mümkün olmadığını deyib: “Qüds bəyyannaməsində yeni bir məsələ yoxdur. Bu razılaşma səs bombasına bənzəyir.”

İslami Cihadın bu üzvü daha sonra Muxtrariyyət təşkilatını siyasi prosesə qayıtmaqdan çəkindirərək, ABŞ hökumətinin İsrail rejiminə pul, silah və siyasi dəstək verdiyini və Ramullaha ancaq boş sözlər çatdıracağını bildirib.

Əl-Hindi “Ərəb NATO-su” adlandırılan plan haqqında da bildirib ki, belə bir koalisiyadan danışmaq hələ tezdir, çünki ölkələr arasında hər hansı bir koalisiyanın ümumi çağırışları və məqsədləri olmalıdır və bu koalisiyaya namizəd ölkələr düşmənin və prioritetlərin müəyyən edilməsində hələ də yekdil fikrə malik deyil.

O vurğulayıb: Məsələn, İran Qətər və Omanın düşmənidirmi? İrana qarşı İsraillə müttəfiqlik BƏƏ və Səudiyyə Ərəbistanının maraqlarına uyğundurmu?

Misirin kimi öz çəkisi və maraqları olan bir ölkə İsrailin təhlükəsizliyini və İranla düşmənçiliyini gücləndirməyə çalışan koalisiyanın xidmətində işləyərmi?

Ərəb-İsrail NATO-su barədə danışmaq hələ tezdir.

Bu İslami Cihad üzvünün sözlərinə görə, Baydenin səfərinin əsas məqsədi Qərbin enerji ehtiyatlarını təmin etmək və Amerikanın bölgəni tərk etməyəcəyini elan etməkdir.

Əl-Hindi Səudiyyə Ərəbistanı ilə sionist rejim arasında münasibətlərin normallaşması ilə bağlı deyib: Bu sahədə tədbirlər nə qədər məhdud olsa da, İslam dünyasında bir çox mənfi təsirlərinin olacağı haqda təhlükəli mesajdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 13 =