İslami Cihad Hərəkatının Baş katibi İran Prezidentinə təbrik mesajı ünvanlayıb

İslami Cihad Hərəkatının Baş katibi İran Prezidentinə təbrik mesajı ünvanlayıb

Fələstin İslami Cihad Hərəkatının Baş katibi İran Prezidentinə mesaj göndərərək, İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümünü təbrik edib.

Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Ən-Nuxalə İran Prezidenti Seyid İbrahim Rəisiyə yazılı mesaj göndərərək, İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə təbrik edib.

O, 20-ci əsrdə İran İslam İnqilabının parlaqlığına və onun bəşəri və mənəvi dəyərlərinə toxunaraq, beynəlxalq siyasətin əsrlər boyu bu dəyərlərdən məhrum olduğunu və İran İnqilabının region və onun millətinə müsbət təsir göstərdiyini vurğulayıb.

“Fələstin Əl-Yəvm” kanalının məlumatına əsasən, Ən-Nuxalə, həmçinin İran İslam İnqilabının bütün daxili, regional və beynəlxalq səviyyələrdə əldə etdiyi nailiyyətləri və onun region və dünyada müsəlman xalqlarının xeyrinə formalşdırdığı dəyişiklikləri, xüsusilə Fələstinin mücahid xalqına təsirini yüksək qiymətləndirib.

Fələstin İslami Cihad Hərəkatının Baş katibi İranın Fələstin xalqına və müqavimətinə bütün səviyyələrdə davamlı dəstəyinin bu xalqın sabitliyində və müqavimətin davam etməsində mühüm rol oynadığını vurğulayıb.

O, əlavə edib ki, igid döyüşçülərimiz böyük fədakarlıqlarla qələbəyə hər zamankindən daha yaxın olduqlarını sübut ediblər və Qüdsün azad edilməsinə qədər müqavimət və mübarizə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 14 =