İslami Cihad hərəkatının üzvü: İmam Xomeyni(r.ə) ümmətin diqqətini Qüdsə tərəf yönəltdi

İslami Cihad hərəkatının üzvü: İmam Xomeyni(r.ə) ümmətin diqqətini Qüdsə tərəf yönəltdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının ali rəsmisi Əhməd əl-Mudəlləl xarici mediaya verdiyi müsahibəsində qeyd edib ki, İmam Xomeyninin Qüds Günü fəryadı dünyanı fəth edəcəkdir.

İslami Cihad hərəkatının ali rəsmisi deyib: “1979-cu ildə İran İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyni (r.ə) bu şəhərin və Əqsa Məscidinin tarixi və ümmətin həyatındakı yerini xatırlatmaq üçün müqəddəs Ramazan ayının son cümə gününü Beynəlxalq Qüds Günü adlandırıldı və bununla diqqətləri dünya şərrinin simvolu olan sionist işğalçılarının təcavüzü altındakı bu şəhərə yönəltdi və İslam ümmətini oyadaraq güclərini səfərbər etdi.”

Əhməd əl-Mudəlləl belə əlavə edib: “Beynəlxalq Qüds Günündə sionist düşmənə qarşı davam edən Fələstin intifazası qarşıdurmalar, nümayişlər, yürüşlər, etirazlar və Fələstinli gənclərinin ruhunu oyadan çıxışlarla, eləcə də Fələstin torpaqlarındakı sionist əsgərləri və təcavüzkarlara qarşı hərbi əməliyyatlarla yenilənir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − three =