İslami Cihad: İsrail zərbə vursa, zərbə alacaq

İslami Cihad: İsrail zərbə vursa, zərbə alacaq

Fələstin İslami Cihad Hərəkatının siyasi bürosunun üzvü sionist rejimlə qarşıdurmanın miqyasının genişləndirilməsi imkanlarına toxunaraq deyib: Bu hərəkat İordan çayının qərb sahilində döyüşməyə hazır olan batalyonlar təşkil edir.

Fələstin İslami Cihad Hərəkatının siyasi ofisinin üzvü Xalid Əl-Bətaş bazar ertəsi axşam İordan çayının qərb sahilində keçirilən şəhadət əməliyyatına reaksiya verərək deyib: Bu əməliyyat Fələstin xalqında mübarizə ruhunun canlı olduğunu göstərdi.

Əl-Bataş Əl-Məyadin xəbər kanalına bildirib: İslami Cihad Hərəkatı İordan çayının qərb sahilində döyüşməyə hazır olan batalyonlar təşkil edir. Çünki Fələstin məsələsinə qarşı sui-qəsd yayılıb və İtmar Ben Quer öz siçovullarını (İsrailli köçkünləri) Havarada [Nablusda] özbaşına burxıb.

İslami Cihadın bu rəsmisi sionistlərin Nablusun cənubunda bir neçə fələstinli evinin yandırıldığı Havara bölgəsinə vəhşicəsinə hücumlarını nəzərdə tutur.

Bu addımlar dünən Havarada iki sionistin ölümü ilə nəticələnən şəhadət əməliyyatına səbəb olub.

Əl-Bətaş açıqlayıb: Sionist rejim bilməlidir ki, zərbə endirdikdə mütləq zərbə alacaq. Müqavimət heç bir maneə olmadan bu rolu yerinə yetirə bilər.

Qəzzə həm də İsraillə qarşıdurma meydanlarından biridir. Biz mübarizə ilə öz vəzifəmizi yerinə yetiririk.

Döyüş və qarşıdurma meydanının genişlənə biləcəyinə, həmçinin, tək olmadıqlarına işarə edən Əl-Bataş qeyd edib:

Müqavimət oxu və Qüds paktı çərçivəsində daimi koordinasiya var. Biz Müydanların Vəhdəti müharibəsindən sonra irəliləməkdəyik.

Nəhayət, bu İslami Cihad rəsmisi dünən İordaniyada Fələstin Muxtariyət Təşkilatı rəhbərliyinin sionist rəsmiləri ilə görüşünə toxunaraq deyib:

Əqəbə görüşünə ümid edənlərin hamısı bu planın da iflasa uğradığını biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + seventeen =