“İslami Cihad” lideri Qüdslə bağlı danışdı
Fələstinin “İslami Cihad” hərəkatının rəsmisi Nasir Əbu Şərif Beynəlxalq Qüds günü ilə bağlı danışıb.
O vurğulayıb ki, Qüds fələstinlərə məxsusdur və bunun əksini söyləmək müsəlmanlara arxadan zərbə vurmaqdır.
“Dünyada ədalət tələb edən heç kim Qüds şəhərinin yəhudiləşdirilməsinə səssiz qala bilməz. Çünki bu proses zamanı fələstinlərə zülm edilir və haqları pozulur”, – deyə Nasir Əbu Şərif diqqətə çatdırıb.
Nasir Əbu Şərif qeyd edib ki, İsrail ilə aparılan mübarizə son nəticədə Qüdsün azad edilməsi ilə nəticələnəcək.
Eastnews.org