İslami Cihad: Livanın qələbəsi Qəzzanın qələbəsidir

İslami Cihad: Livanın qələbəsi Qəzzanın qələbəsidir

 İslami Cihad hərəkatının rəsmilərindən biri Livanın xalqı və müqavimətini Fələstinə dəstək yolunda böyük fədakarlıqlara görə təşəkkür edərək, Hizbullahın sionistləri atəşkəsə məcbur etdiyini və Livanın qələbəsinin Qəzzanın qələbəsi olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ehsan Ətaya bu gün (27 noyabr)  fələstinli şəxsiyyətlərin Livan və sionist rejim arasında atəşkəsə reaksiyasından sonra deyib: Bu gün müqavimətin Livanda və bütün regionda qalib gəldiyi yaddaqalan tarixi bir günüdür.

Ehsan Ətaya Əl-Məyadinlə müsahibəsində deyib: Qaçqınların Livandakı dağıntılara baxmayaraq öz ərazilərinə qayıtmağa tələsməsi onların qəhrəmanlıq dastanlarını yaradan müqavimət liderlərinə olan etimadını göstərir. Möhkəm iradəli Livan xalqı öz bölgələrinə qayıdaraq bütün dünyaya meydan oxuya bildi və düşmənin heç bir təhdidinə əhəmiyyət vermədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + seventeen =