İslami Cihad: Müqavimət heç vaxt işğalçıların cinayətlərinə cavab verməkdən çəkinməyəcək

İslami Cihad: Müqavimət heç vaxt işğalçıların cinayətlərinə cavab verməkdən çəkinməyəcək

İslami Cihad hərəkatı bəyanat yayaraq, müqavimətin işğalçıların cinayətlərinə cavab verməkdən heç vaxt çəkinməyəcəklərini açıqlayıb.

Bu islami hərəkatın bəyanatının davamında deyilir: “İsrail rejiminin vəhşi cinayətinə fələstinlilərin cavabı heç vaxt gecikməyəcək, Sərayəl-Qüds (Qüds batalyonları) və müqaviməti heç vaxt məğlub olmayacaq.”

İslami Cihad hərəkatı vurğulayıb: Düşmən heç vaxt bu iyrənc cinayətlə öz məqsədlərinə çata bilməz, müqavimət tam birləşib və mövqeləri sabitdir.

Bununla bağlı İslami Cihad hərəkatının sözçüsü də bu səhər sionist rejimin İslami Cihad hərəkatının 3 komandirini qətlə yetirmək üçün amansız hücumlarına cavab olaraq deyib:

Sionist düşmən ancaq güc dilini başa düşür və müqavimət davam edir və düşmən bu cinayətin nəticələrinə görə məsuliyyət daşıyır.

Fələstin mediası bu çərşənbə axşamı səhər saatlarında İsrail rejiminin Rəfah və Qəzzə şəhərlərinə hava hücumu təşkil etdiyi və bu zaman Fələstin İslami Cihadının hərbi qolu olan Sərayəl-Qüdsün yüksək rütbəli komandirlərinə məxsus evlərin hədəf alındığını bildirib.

Fələstinin Səhiyyə Nazirliyi son hesabatında sionistlərin Qəzzə zolağında törətdiyi cinayət əməli nəticəsində ölənlərin sayını 13 şəhid və 20-dən çox yaralı olaraq açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 20 =