İslami Cihad: Müqavimət sahəsində birlikdən başqa, çarəmiz yoxdur
Fələstin İslami Cihad hərəkatı “Torpaq günü”nün 47-ci ildönümünü qeyd edərkən, Fələstin xalqının müqavimət və sionist düşmənlə qarşıdurma sahəsində birlikdən başqa, çarəsi olmadığını vurğulayıb.
Fələstin İslami Cihad hərəkatının liderlərindən biri olan Xalid Əl-Bətaş Qəzzənin şərqində “Torpaq günü”nün 47-ci ildönümü münasibətilə Fələstinli milli və islami qrupların keçirdiyi xalq nümayişlərində müqavimət variantına təkid edib.
Əl-Bataş deyib: Fələstin xalqı üçün müqavimət və qarşıdurma sahəsində birlikdən başqa çarə yoxdur və qaçqınlar geri qayıdana və Fələstin xalqının 1948-ci ildə işğal olunmuş ərazilərdə sabit və davamlı olana və Fələstinin azad edilməsinə qədər Qüds qılıncı heç vaxt qınına girməyəcək.
“Fələstin Əl-Yəvm” saytının xəbərinə görə, Əl-Bataş aydınlaşdırıb: Fələstini azad etməyin yolu ancaq silah lüləsindən, səngərlərin və silahların birliyindən keçir.
O, sionistlərin Fələstin xalqına qarşı hücumlarının güclənməsinə, o cümlədən, fələstinlilərin təqibinə, evlərin dağıdılmasına, fələstinlilərin didərgin salınmasına və onların mühasirəyə alınmasına işarə edərək, işğalçı rejimin tarixi şəhərləri saxta sionist rəvayətlərlə yəhudiləşdirmə səyləri barədə xəbərdarlıq edib.
O, həmçinin vurğulayıb ki, sionist rejimlə münasibətlərin istənilən normallaşması və onun tanınması Fələstin xalqının kürəyinə vurulan zərbədir.