İslami Cihad: Şəhidlərin qanı sionistlərin qılıncına qalib gələcək

İslami Cihad: Şəhidlərin qanı sionistlərin qılıncına qalib gələcək

Fələstin İslami Cihad hərəkatı işğal olunmuş Qüdsdə fələstinli döyüşçülərdən birinin şəhadətinə cavab olaraq, şəhidlərin qanının sionistlərin qılıncına qalib gələcəyinə əminliyini ifadə edib.

İRNA-nın cümə günü Fələstin Əl-Yəvm-ə istinadən verdiyi xəbərə görə, Fələstin İslami Cihad hərəkatı işğal olunmuş Qüdsdə 30 yaşlı Həmzə Fəzl Əbu Sünəynənin  şəhadəti ilə bağlı başsağlığı verib.

Bu hərəkatın bəyanatında bildirilir ki, fələstinli şəhidlərin bütün sahələrdə axan qanı sionist rejimin qılıncına qalib gələcək.

İslami Cihad hərəkatı qeyd edib ki, biz bir daha işğal altındakı Qüdsdə bu şəhərin yəhudiləşdirilməsinə və müqəddəs yerlərin təhqir olunmasına qarşı Fələstin müqavimətini dəstəkləyirik. Torpaqlarımız tam azad olunana qədər müqavimətimiz davam edəcək.

Bu xəbərə əsasən, bu fələstinli şəhid iki il əvvəl Məscidül-Əqsanın müdafiəsi zamanı sionist güllələrindən yaralanıb və indi də şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =