İslami Cihad: Sionist düşmən öz cinayətlərinin bədəlini ödəyəcək

İslami Cihad: Sionist düşmən öz cinayətlərinin bədəlini ödəyəcək

Fələstin İslami Cihad Hərəkatının siyasi ofisinin üzvü deyib: Sionist düşmən Fələstin xalqına qarşı cinayətlərinin bədəlini ödəyəcək.

Xalid Əl-Bataş bildirib: Sionist rejimin Nablus üzərinə bugünkü vəhşi hücumu İordan çayının qərb sahilində müqavimət hücrələrinin genişlənməsinin dayandırılması üçün uğursuz cəhddir.

Bununla belə, Cənin batalyonunun komandiri Məhəmməd Əl-Cüneydinin şəhadəti döyüşçülərin irəliləməsini və Qüds qruplarının təsirini dayandırmayacaq.

O, əlavə edib: Əl-Cüneydinin qanının axıdılması sionist rejimin İordan çayının qərb sahilinin şəhərlərində müdafiəsiz Fələstin xalqına qarşı cinayətlərinin davam etməsinə və düşmənin müqavimətə hücum cəhdinə işarədir.

  Sionist rejim bu addımlarla Fələstin məsələsini aradan qaldırmaq, xalqın iradəsini qırmaq, onları sionist rejimin tələblərinə təslim etmək, İordan çayının qərb sahilini rejimə birləşdirmək və İslam və xristianların müqəddəs yerlərini yəhudiləşdirməyə çalışır.

Əl-Bataş müqavimətin və sionist mühacirlər ilə mübarizənin davamını təmin etmək üçün İordan çayının qərb sahilində müqavimət döyüşçülərinin birləşməsinin və onun xalq bazasının gücləndirilməsinin zəruriliyini vurğulayıb və bütün şərəfli döyüşçüləri şəhid Əl-Cüneydinin qanının intiqamını almağa çağırıb.

O, Fələstin xalqından İordan çayının qərb sahilinin qəhrəmanlarına dəstək vermələrini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 9 =