İslami Cihad: Sionist düşmənlə saziş Fələstinə xəyanətdir!

İslami Cihad: Sionist düşmənlə saziş Fələstinə xəyanətdir!

Fələstin İslami Cihad hərəkatı İsrailin Baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə səfərinə cavab olaraq, sionist düşmənlə əlaqələrin normallaşdırılmasının Fələstinə xəyanət olduğunu bildirib.

“Əl-Məyadin”-ə istinadən verilən məlumata görə, Fələstin İslami Cihad hərəkatının bazar günü gecəsi bəyanatında deyilir: “Biz Əmirliyin hökmdarlarının sionist düşmən hökumətinin başçısı Naftali Benneti qarşılamasını pisləyirik.”

İslami Cihad əlavə edib: İşğalçı rejimlə münasibətlərin və ittifaqların normallaşması Fələstinə xəyanətdir. Benneti qarşılamaq bu cinayətkar rejimin təhlükəsizliyini gücləndirmək və onun qeyri-legitim mövcudluğunu qanuniləşdirməyə çalışmaq deməkdir.”

Bundan əvvəl xəbər mənbələri İsrailin Baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə ilk dəfə səfər etdiyini bildirmişdi.

Bennettin BƏƏ-yə səfəri regional siyasi dairələr tərəfindən Təl-Əviv ilə BƏƏ arasında münasibətlərin normallaşmasından bəri ən yüksək səviyyəli səfər kimi qiymətləndirilib.

İki tərəf arasında mümkün danışıqlara dair əlavə təfərrüatlar verilmir.

2020-ci ilin sentyabr ayında BƏƏ və sionist rejim ABŞ-ın keçmiş Prezidenti Donald Trampın vasitəçiliyi ilə “İbrahim” adlı müqavilə imzaladılar və diplomatik əlaqələri rəsmi şəkildə normallaşdırdılar. Bu məsələyə fələstinlilər şiddətlə etiraz etmiş və onu qınamışlar.

İsrailin regional əməkdaşlıq naziri də bu yaxınlarda Tel-Əvivin Yaxın Şərqdəki bütün ərəb ölkələri ilə əlaqələri olduğunu iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =