İslami Cihad və Hizbullah müqavimət liderlərinin mümkün sui-qəsdinə cavab verməklə bağlı razılıq əldə edib

İslami Cihad və Hizbullah müqavimət liderlərinin mümkün sui-qəsdinə cavab verməklə bağlı razılıq əldə edib

Fələstin İslami Cihad hərəkatının siyasi bürosunun üzvü bu hərəkat ilə Livan Hizbullahı arasında müqavimət liderlərinin mümkün sui-qəsdinə cavab vermək üçün razılaşdığını açıqlayıb.

İslami Cihad hərəkatının siyasi bürosunun üzvü “Vəlid Əl-Qətati sionistlərin qan tökmək və müqavimətdən intiqama almağa susadığını bildirib.

O, İslami Cihad hərəkatının işğalçı rejimin təhdidlərini ciddi qəbul etdiyinə işarə edərək, aydınlaşdırıb: Sionist rejimin daxili cəbhəsi zərər görəcəyi qorxusundan bu rejim ordusundan terror əməliyyatları keçirməyi tələb edir.

Fələstin Əl-Yəvm kanalının hesabatına görə, Əl-Qətati müqavimətin terror əməliyyatına cavab vermək imkanlarına malik olduğunu və işğalçı rejimlə mübarizədə birləşdiyini vurğulayıb.

Livan Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın sözlərinə görə, müqavimət liderlərindən birinin öldürülməsi halında bu rejimə cavab verilməsi ilə bağlı bu hərəkatla razılaşma var.

O, əlavə edib ki, 1967-ci ildən bəri işğalçı rejim aydın və qəti qələbə qazanmayıb və ötən illər ərzində Livan və Qəzzədə məğlub olub.

İslami Cihad hərəkatının siyasi bürosunun bu üzvü sionist rejimin terror siyasətinə qayıtmaqla bağlı təhdidləri barədə də deyib: İşğalçı rejimin öz təhdidlərini həyata keçirməsi və müqavimətin qarşıdurma ilə üzləşməsi və onlara cavab verməsi mümkündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =