İslami Cihadın baş katibi Yəmən Ənsarullah lideri ilə telefonda Qəzzəni müzakirə etdi

İslami Cihadın baş katibi Yəmən Ənsarullah lideri ilə telefonda Qəzzəni müzakirə etdi

 Fələstin İslami Cihad Hərəkatının baş katibi dünən (4 iyul) telefonla Yəmənin Ənsarullah Hərəkatının liderini Qəzzada atəşkəsin həyata keçirilməsi üçün son səylər barədə söhbət edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Ziyad Əl-Nəxalə  işğal olunmuş Fələstinin ümumi vəziyyəti və işğalçı qüvvələrin bölgədəki təcavüz prosesini müzakirə edib.

Palestine Now report-un məlumatına görə, Seyid Əbdülməlik Əl-Husi də Yəmənin Qəzzə xalqına dəstəklərinin davam edəcəyi, islami müqavimət dəstələrinin Fələstin müstəqil dövləti qurulmayana, tam atəşkəs razılaşması əldə olunmayana qədər sionist rejimlə mübarizədən əl çəkməyəcəklərini elan edib.

Qeyd edək ki, İsrail mənbələri Həmas-ın təklif edilən əsirlərin mübadiləsi və Qəzzada atəşkəs planı ilə razılaşmasının ardınca sionist bir heyət atəşkəs razılaşması üçün yeni plan üzrə danışıqlar aparmaq üçün dünən axşam (4 iyul) Misirə getdiyini elan ediblər.

Fələstin xəbər mənbələrinin verdiyi məlumata görə, təklif edilən atəşkəs paketinə cavab olaraq Həmas daimi atəşkəsin yaradılması, sionist ordusunun Qəzza zolağından tamamilə çıxarılması və fələstinli qaçqınların geri qaytarılması ilə bağlı mövqelərini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − five =