İslami: Heç bir müqavilə İranın nüvə sənayesindən istifadə hüququnu gözardı edə bilməz

İslami: Heç bir müqavilə İranın nüvə sənayesindən istifadə hüququnu gözardı edə bilməz

Atom Enerjisi Təşkilatının rəhbəri hər bir xalqın qanuni hüquqlarına uyğun olaraq İran xalqının da nüvə texnologiyasından istifadə haqqına malik olduğunu bildirərək deyib: Heç bir müqavilə, beynəlxalq qayda və qanunlar İranın bu haqqını görməzdən gələ, inkar edə və ya ölkəmizin bu istiqamətdə irəliləməsinə mane ola bilməz.

Məhəmməd İslami İnqilabın Ali Məqamlı Rəhbərinin İranın nüvə sənayesi ilə bağlı bugünkü açıqlamalarına istinad edərək, milli mətbuata verdiyi müsahibədə deyib: Nüvə sənayesi ana sənaye, təhsil mənbəyi və inkişafın hərəkətverici qüvvəsidir. Bu sənayenin bütün sahələrdə və bütün elmi və texnoloji mövzularda varlığı və rolu var və sıçrayış amili kimi qalıcı təsir göstərə bilər. Bu sənayenin olmaması hər hansı bir ölkənin elmi-texniki inkişafı üçün hərəkətverici mühərrikin olmaması deməkdir.

Atom Enerjisi Təşkilatının rəhbəri diqqətə çatdırıb ki, İran İslam Respublikası bu sənaye üçün ödədiyi qan əvəzi və bu yolla sionistlər tərəfindən qətlə yetirilən gənclərlə öz əzmkarlığı ilə bu texnologiyaya nail ola bildi. İran bu texnologiyanı heç bir yerdən alıb və ya idxal etməyib. Hər bir xalqın qanuni hüquqlarına görə, İran xalqının bu texnologiyadan istifadə etmək hüququ var.

İslami aydınlaşdırıb: Müqavilələrin, beynəlxalq qayda və qanunların heç biri İranın bu istiqamətdə irəliləməsinə göz yuma, inkar edə və ya mane ola bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =