İslami: İranın uranı zənginləşdirmə sənayesi mütləq və şübhəsiz olmalıdır

Atom Enerjisi Təşkilatının rəhbəri Tehranın regionda zənginləşdirmə konsorsiumunun yaradılması planını təqdim etməsi ilə bağlı medianın fərziyyələri ilə bağlı suala cavab olaraq deyib: İran İslam Respublikasının nüvə sahəsində mövqeyi tamamilə qanuni, hüquqibvə əsaslıdır.
Məhəmməd İslami müsahibəsində jurnalistlərə deyib:
Uranın zənginləşdirilməsi ölkənin nüvə sənayesinin təməli və sütunudur. Bu məsələni elektrik enerjisi sənayesindəki misalla müqayisə etmək olar: Tutaq ki, kiminsə elektrik yarımstansiyası və şəbəkəsi olmasına icazə verilib, lakin elektrik stansiyasının yaradılmasına icazə verilməyib.
Bu halda yarımstansiyanın və şəbəkənin olmasının heç bir faydası yoxdur. Uranın zənginləşdirilməsi də nüvə sənayesində elektrik stansiyası ilə eyni mövqeyə malikdir; yəni enerji istehsalının əsası və mənbəyidir.
Zənginləşdirmə enerji ilə əlaqəli proseslərdə və hətta qeyri-enerji sahələrində istifadə edilə bilən təməldir. Zənginləşdirmə imkanından məhrum olmaq bütün nüvə sənayesindən məhrum olmaq deməkdir.
Bu məsələ İran İslam Respublikasının qırmızı xəttidir və bu mövqe danışıqlarda həm şifahi, həm də yazılı şəkildə tam şəffaflıqla qarşı tərəfə bəyan edilib.
Mətbuatda və ictimai məkanda, xüsusən də xarici mediada və müəyyən siyasi dairələrdə dərc olunanlar danışıqların reallığını deyil, daha çox bu dairələrin hazırladığı və dərc etdiyi povestləri əks etdirir.
Danışıqlar masasında əsas məsələ odur ki, İranın mütləq və şübhəsiz nüvə zənginləşdirmə sənayesi olmalıdır.
Bununla bağlı iki mühüm və qəti qeyd-şərt var: Birincisi, İran açıq şəkildə bəyan edib ki, heç bir şəkildə nüvə silahı yaratmaq niyyətində deyil. İkincisi, İranda uranın zənginləşdirilməsi heç vaxt nüvə silahı istehsalı üçün aparılmayacaq.
Bu iki məsələ bizim müəyyən öhdəliklərimizdir və İran İslam Respublikasının açıq və şəffaf şəkildə bəyan edilənlərdən başqa heç bir planı yoxdur.
Bizə düşmən münasibət bəsləyən, özünü prinsipsiz aparan ölkələr, biz həmişə çalışmışıq ki, bu illər ərzində həmin ölkələrdən müfəttişlər qəbul etməyək; necə ki, onlar da qarşılıqlı davranırlar və iranlı müfəttişləri qəbul etmirlər.
Amma danışıqların indiki vəziyyətində bəzi məsələlər qaldırılarsa və razılıq əldə olunarsa və İranın tələbləri nəzərə alınarsa, o zaman biz Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsilə Amerika yoxlamalarını qəbul etməyə yenidən baxacağıq.
İslami İranda zənginləşdirmənin dayandırılması ehtimalı ilə bağlı da bildirib: Bu məsələ ümumiyyətlə gündəmə gətirilməyib. Zənginləşdirmə faizi siyasi cəhətdən artırılmamalıdır; zənginləşdirmə faizi istifadə növündən asılıdır. Yüksək zənginləşdirilmiş uran istehsal edildikdə, bu, mütləq hərbi istifadə demək deyil.
Nüvə proseslərində istifadə olunan bütün sensorlar və detektorlar müvafiq zənginləşdirməyə malik olmalıdır. Bu, siyasi üsullarla, psixoloji əməliyyatlarla qızışdırılacaq məsələ deyil.
Nüvə proqramımızın çox aydın çərçivəsi var. İranın atom elektrik stansiyaları və İran yanacağı hazırda həyata keçirilən proqramlar sırasındadır.