İslami Müqavimət: Düşmənlər Qasim Süleymanini öldürdüklərinə peşmandırlar

Livan Hizbullah komandirlərindən biri deyib ki, düşmənlər Qasim Süleymanini öldürdüklərinə peşmandırlar, çünki onun şəhid olması müqavimətin ruhunu ikiqat artırıb.
Livanın müqavimət zabitlərindən biri Hizbullahın yüksək güc və mənəviyyat səviyyəsinə malik olduğunu və sionist rejimlə növbəti müharibənin bu rejimin sonu olacağını açıqlayıb.
Əl-Xənadiq saytı Livan Hizbullahının bir zabiti ilə müsahibə dərc edib.
Adının çəkilməsini istəməyən müqavimət zabiti bunları deyib:
Sionist rejim 33 günlük müharibədən bəri İslam müqaviməti ilə qarşılaşmaqdan qorxur. Rejim bizi qorxutmaq və ya gələcək müharibəyə hazırlaşmaq üçün təlimlər keçirə bilər, lakin bizim fikrimizcə, İsrail məhv olub.
Biz buna uyğun hərəkət edirik. Bu cümləni 20 il əvvəl Seyid Abbas Musəvi deyib, indi bu qədər ildən sonra görün vəziyyət nə qədər dəyişib.
Bu Livan Hizbullah zabitinin fikrincə, İsrail bu gün çox zəifdir, onun silahı, texnologiyası və hərbi gücünün olmadığını demirəm, əksinə rejim qüvvələrinin döyüş ruhiyyəsi yoxdur. Amma müqavimətin ruhiyyəsi yüksəkdir və şəhadət arzusundadır.
1982, 2000 və 2006-cı illərdə İsrail məğlub oldu və hazrda müqavimətlə başlayacaq olan istənilən müharibə tezliklə rejimin sonu olacaq.
Müqavimət komandiri İranın İsraili təhdid etməsi ilə bağlı deyib:
Təsəvvür edin ki, İran hər kilometrə bir raket qurğusu qurur və onu sionist rejimə qarşı hədəfə alır. Bu zaman İsrailin işi bir günə bitəcək.