İsmail Həniyyə İİR-nın Ali Dini Rəhbəri Ayətullah Xameneiyə yeni məktub yazdı

İsmail Həniyyə İİR-nın Ali Dini Rəhbəri Ayətullah Xameneiyə yeni məktub yazdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğal olunmuş Fələstindəki son hadisələrin, fələstinlilərin Qüdsün işğalına qarşı müqavimət göstərməsinin və sionist vəhşiliklərinin davam etməsinin ardınca Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmail Həniyyə Ayətullah Xameneiyə göndərdiyi yeni məktubda mövcud vəziyyəti izah edərək, sionistlərin Fələstin xalqına və Məscidül-Əqsaya qarşı amansız cinayətlərinin dayandırılması üçün beynəlxalq dəstəyi səfərbər olmağa çağırıb.

Məktubda deyilir: “Zati-aliləri, son günlərdə sionist rejimin terror və cinayət əməllərini müşahidə etdiniz. İslam ümməti və bütün dünya da bu hərəkətlərin şahididir. Bu cinayətlər son 15 ildə Qəzza zolağında mühasirə şəraitində olan kişi və qadınlara qarşı işlənir. Bu cinayətlər həmçinin Qüds, İordan çayının qərb sahili və 1948-ci il ərazilərini də əhatə edir.”

İsmail Həniyyə həmçinin belə qeyd edib: “Millətimiz sionist rejimin təcavüzünün qarşısında müqavimət yolunu seçmişdir. Biz, Həmas İslami Müqavimət Hərəkatı da bu təcavüzlərə qətiyyətlə cavab verməyi özümüzə borc hesab edirik. Buna görə də, sionist rejimin işğal olunmuş ərazilərdəki gərginliyin artmasına səbəb olduğu proseslərin inkişafı barədə sizi məlumatlandırmağa qərar verdik.”

O, baş verən proseslərin xronologiyasını və müqavimətin atdığı addımlari qeyd etdikdən sonra belə əlavə edib: “Biz İşğal olunmuş ərazilərdə baş verən son hadisələr barədə sizi məlumatlandırmaq və bu ərazilərdə, xüsusən də işğal olunmuş Qüdsdə və Məscidül-Əqsaya qarşı sionist cinayətləri barədə xəbər vermək istəyirik. Həmçinin vurğulayırıq ki, işğalçı rejimin liderləri Fələstin xalqına qarşı bu cinayətlərə görə məsuliyyət daşıyırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 3 =