İsmail Həniyyə İslam ümmətini Məscidül-Əqsaya və Qəzzaya dəstək olmağa çağırıb

İsmail Həniyyə İslam ümmətini Məscidül-Əqsaya və Qəzzaya dəstək olmağa çağırıb

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmail Həniyyə cümə günü Məscidül-Əqsa ilə əlaqədar bir çağırış edib.

“Palestine Now” xəbər saytının verdiyi məlumata görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri bütün ərəb və İslam xalqlarını və dünyanın bütün ədalətsevər insanlarını Məscidül-Əqsaya, Qəzzaya və Fələstin xalqının öz haqlarına yetişməsi üçün dəstək yürüşlərinə və etiraz nümayişlərinə çağırıb.

İsmail Həniyyə həmçinin bu mesajında ​​ işğalçı sionist rejimin zorakılığına qarşı göstərdiyi qəhrəmanlıq və müqavimətinə görə Fələstin xalqına, ərəb və İslam xalqlarına və bütün ədalətsevər insanlara öz təşəkkürünü bildirib.

Bu çağırış İsrail qüvvələrinin Qəzza zolağına qarşı amansız təcavüzünün beşinci gündür davam etdiyi bir vaxtda səslənib. Qəzza Səhiyyə Nazirliyinin son statistikasına görə, bu təcavüzkarlıqların nəzticəsində şəhid olanların sayı 27-si uşaq və 11-i qadın olmaqla 119 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 6 =