İsmayıl Həniyyə: Fələstin xalqının seçimi müqavimət variantıdır

İsmayıl Həniyyə: Fələstin xalqının seçimi müqavimət variantıdır

İsmayıl Həniyyə “Qüds minbəri” çıxışında vurğulayıb: Qüds məsələsi, Məscidül-Əqsa, qaçqınların geri qaytarılması haqqı və məhbusların azadlığı siyasi danışıqlar masasında həll olunmayacaq.

İsmayıl Həniyyə Ümumdünya Qüds Günü münasibəti ilə etdiyi çıxışında belə izah edib: “Bu möhtəşəm gündə, Ümumdünya Qüds Günündə Fələstin xalqı və Məscidül-Əqsanı əliyalın şəkildə müdafiə edən müdafiəçilərə müraciət edirəm.

Ümumdünya Qüds Günü bu il bir sıra hadisələrlə müşayiət olunub. Fələstin xalqı Ramazan ayının əvvəlindən bir sıra əməliyyatlar həyata keçirərək göstərdi ki, Fələstin xalqının seçimi müqavimət variantıdır.”

Fələstinli siyasətçi əlavə edib: “Qüds, Məscidül-Əqsa, qaçqınların geri qayıtma hüququ və məhbusların azad edilməsi məsələsi siyasi danışıqlar masasında həll olunmayacaq.”

Həniyyə HƏMAS-ın siyasi liderlərindən biri kimi qeyd edib: “Bu mühüm inkişaf işğalçı rejimi Məscidül-Əqsa ilə bağlı müharibənin həllini sürətləndirmək üçün kompromis pərdəsindən istifadə etməyə sövq etdi.”

Biz həmişə kompromis planını rədd etmiş və edəcəyik. İşğalçı rejim kompromis razılaşmalarından və Fələstin idealını məhv etmək planlarından istifadə edərək öz varlığını qanuniləşdirməyə çalışır.

HƏMAS-ın siyasi bürosunun üzvü xəbərdarlıq edib ki, işğalçı rejim dünyanın başının Rusiya və Ukrayna arasındakı müharibəyə qarışmasından  istifadə edərək, Qüds və Məscidül-Əqsa ilə bağlı planlarını həyata keçirməyə çalışır.

Bu rejimin Fələstin xalqını cilovlamaq üçün göstərdiyi bütün cəhdlər nəticəsiz qalıb.

O bildirib: “Qüds Qılıncı” əməliyyatında böyük strateji qələbə qazanan  və müqavimət göstərən Qəzzə hələ də işğalçı rejimlə döyüş meydanında olduğunu sübut etdi.

Qəzzə Fələstinin bir hissəsidir və Qəzzə xalqı Fələstin xalqının bir parçasıdır və onlar Məscidül-Əqsada işğalçı rejimə qarşı döyüş meydanından uzaqlaşa bilməyəcəklərini göstərdilər.

HƏMAS bəyan edib: “Millətimiz və ümmətimiz Məscidül-Əqsanın kimliyinin və onun tarixi həqiqətlərinin təhrif edilməsinə səssiz qalmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 9 =