İsmayıl Həniyyə: Seçkilərin keçirilməsi bizim üçün bir milli müharibədir

İsmayıl Həniyyə: Seçkilərin keçirilməsi bizim üçün bir milli müharibədir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə, cümə axşamı günorta saatlarında Qatarın Xarici İşlər Naziri Məhəmməd bin Əbdül Rəhman Əl Sani ilə görüşüb.

HƏMAS-ın rəsmi ofisi bəyanat verərək, tərəflərin işğal altında olan Qüdsdəki hadisələri və Fələstindəki seçki məsələlərini müzakirə etdiklərini xəbər vermişdir.

“Əl-Qüds Əl-Ərəbi” qəzeti bu bəyanatı yayaraq, bilidirib ki, bu görüşdə Qüdsdəki müharibənin bu şəhərdə yaşayan fələstinlilərin kimliyi və varlığı üzərində olduğu vurğulanıb.

Bu bəyanatda qeyd olunur ki, Qüds sakinləri yəhudiləşdirmə əməliyyatını, İslam mədəniyyətini məhv etmək cəhdini və Məscidül-Əqsanın bölünməsi siyasətini məğlub edəcəklər.

Görüş zamanı Həniyyə, Fələstin seçkilərinin eyni üç mərhələdə keçirilməli olduğunu söyləyib.

O, sionist rejimin seçkilərə, xüsusən Qüds şəhərində keçiriləcək seçki prosesinə mane olmağa çalışdığını bildirib.

Həmas rəsmisi əlavə edib ki, sionist rejimin istəklərinə baxmayaraq, milli iradə xüsusilə Qüds şəhərində seçkilərin keçirilməsini tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − seven =