İsmayıl Həniyyənin bacısı da şəhid oldu

İsmayıl Həniyyənin bacısı da şəhid oldu

Fələstin informasiya qaynaqları sionist rejimin Qəzza şəhərinin qərbinə endirdiyi hava hücumu nəticəsində HƏMAS siyasi bürosunun lideri İsmayıl Həniyyənin bacısının şəhid olmasından xəbər verir.

İRNA-nın verdiyi məlumata görə, bu gün səhər (25 iyun) İsrail qırıcılarının Qəzza şəhərinin qərbində Əl-Şati düşərgəsini bombalaması nəticəsində İsmayıl Həniyyənin bacısı da daxil olmaqla 13 nəfər şəhid olub.

Məlumata götə sionist rejimin Qəzzəyə hücumlarının əvvəlindən bu hücumlarda İsmayıl Həniyyənin onlarla övladı, nəvəsi, ailə üzvləri və qohumu şəhid olub.

Qeyd edək ki, son bir neçə saat ərzində İsrail qırıcıları UNRWA-ya bağlı fələstinli qaçqınların yerləşdiyi ən azı iki məktəbi hədəfə alıb və bu hücumlarda onlarla insan şəhid və yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 9 =