İsmayıl Haniyə seçkilərlə bağlı Qətər əmirinə məktub yazdı

İsmayıl Haniyə seçkilərlə bağlı Qətər əmirinə məktub yazdı

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi qolunun rəhbəri Qətər əmirinə göndərdiyi məktubda onun ölkəsini beynəlxalq ictimaiyyətlə əlaqələr yolu ilə seçki prosesinə- xüsusilə də işğal olunmuş Qüdsdə hər hansı bir müdaxilənin qarşısını almaq üçün Sionist rejiminə təzyiq göstərməyə çağırıb.

Məktubda İsmayıl Haniyə, Fələstin qrupları arasındakı razılaşmanın təzminatçılarından biri olan Qətərə, Qahirə danışıqlarının gedişatı və nəticələri barədə də məlumat verib.

“Al-Quds Al-Arabi” qəzetinə görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri, hərəkatın önümüzdəki dövr üçün qərarının, Fələstin milli barışıq prosesinin sürətləndirilməsi üçün Fələstin qanunverici orqanı, prezident və milli şura ilə bağlı üç ümumi seçki keçirmək olduğunu söyləyib.

Haniyə məktubunda belə qeyd edib: “Seçkilərin Fələstin muxtariyyətinin rəhbəri tərəfindən təyin olunan tarixlərdə keçirilməsini və Qərb Şəriyə, Qəzza zolağında seçkilərin azad və şəffaf olmasını təmin etmək üçün bu seçkilərdə Qətərin ümidverici roluna etimad olunmuşdur, Qətərin də öz növbəsində işğalçı rejimin seçkilərin nəticəsinə və seçki prosesinə, xüsusən də işğal altındakı Qüdsdə müdaxilə etməməsi üçün beynəlxalq ictimaiyyətə təzyiq göstərəcəyinə ümid edirik”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − twelve =