İspaniya, Belçika və İrlandiya Qəzzada humanitar yardımdan silah kimi istifadəni pisləyir

İspaniya, Belçika və İrlandiya Qəzzada humanitar yardımdan silah kimi istifadəni pisləyir

İspaniya, Belçika və İrlandiya da daxil olmaqla üç Avropa ölkəsi sionist rejimin Qəzzəyə qarşı humanitar yardımdan silah kimi istifadə etməsini pisləyib.

İspaniyanın BMT-dəki daimi nümayəndəsi çərşənbə günü Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı açıq müzakirələrdə deyib: Qəzzada hücumların bərpası və İordan çayının qərb sahilində hərbi əməliyyatların intensivləşməsi humanitar işçilər və obyektlərin də hərbi hədəfə çevrildiyi qeyri-müəyyən humanitar vəziyyəti daha da pisləşdirir.

Hector Gomez Hernandez hücumları beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib və İsrail ilə HƏMAS arasında atəşkəsin pozulmasını pisləyib.

Belçikanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Sofi De Smet də açıqlamasında deyib: “Biz beynəlxalq hüququn pozulmasına son qoyulmasını tələb edirik. Bu münaqişədə yardım silaha çevrilməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 13 =