İspaniya bu üsulla əhali sayını bərpa edir

İspaniya bu üsulla əhali sayını bərpa edir

Koronavirus pandemiyasının başlamasından iki ildən sonra İspaniya əhalisinin sayı əvvəlki səviyyəyə çatıb.

Publika.az xəbər verir ki, İspaniyada COVID-19 pandemiyası nəticəsində 103 min 721 nəfər dünyasını dəyişib.

Milli Statistika İnstitutunun (INE) son məlumatlarına görə, 2022-ci il yanvarın 1-nə İspaniyada 47 milyon 435 min 597 nəfər əhali yaşayırdı ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 50 min 490 nəfər (0,1 faiz) çoxdur. Lakin bu artımın arxasında daha bir mühüm fakt dayanır: ispanların xalis sayı 21 min 920 nəfər (-0,1 faiz) azalıb, əcnəbilərin sayı isə 72 min 410 nəfər (1,3 faiz) artıb. Başqa sözlə, İspaniyanın əhalisinin sayının bərpası immiqrasiya hesabına baş verib.

Ölkə əhalisinin 88,4 faizi İspaniya vətəndaşlığına malikdir, 5,5 milyondan bir qədər çoxu – 11,6 faizi isə əcnəbidir. İspaniyada qeydiyyatdan keçmiş 879 min 943 nəfər mərakeşli, 623 min 97 nəfər rumıniyalı və 312 min 915-i kolumbiyalı, 290 min 372-si britaniyalı, 273 min 889-u italiyalı, 223 min 591 nəfəri çinlidir.

INE-nin məlumatları daha bir məsələni – ölkə əhalisinin qocalmasını da üzə çıxarır. İlk dəfədir ki, əhalinin 20 faizinin yaşı 65 və yuxarıdır. Beləliklə, İspaniya sakinlərinin orta yaş həddi 44,1-dir. Bu, ən yüksək göstəricidir. 1975-ci ildə isə orta yaş həddi 30 idi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =