İspaniya millisində yeni baş məşqçi

İspaniya millisində yeni baş məşqçi

Publika.az İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu post Luis de la Fuenteyə tapşırılıb.

61 yaşlı mütəxəssis bu gün istefa verən Luis Enrikeni əvəzləyib. Fuente ilə dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.

Fuente bunadək İspaniyanın U-21 yığmasının “sükanı arxasında” olub.

İspaniya millisi DÇ-2022-nin 1/8 final mərhələsində Mərakeşə uduzduğu üçün Luis Enrike ilə yollar ayrılıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =