İspaniyada atışma zamanı iki nəfər ölüb

İspaniyada atışma olub.
APA xəbər verir ki, hadisə Alella şəhərində baş verib.
Üç-dörd nəfərdən ibarət qrup bir nəfərə silahdan atəş açmağa başlayıb.
Hadisən nəticəsində iki nəfər ölüb.
Polisin məlumatına görə, cinayəti törədənlərdən bir neçəsi qaça bilib. Onların axtarışı aparılır.
Hüquq-mühafizə orqanları atışmanın narkotik ticarəti ilə əlaqəli Latın Amerikası dəstələri arasında münaqişə zamanı baş verdiyini istisna etmirlər.
Apa.az