İspaniyada COVID-19-un ən təhlükəli ştamına ilk yoluxma aşkarlanıb

İspaniyada COVID-19-un ən təhlükəli ştamına ilk yoluxma aşkarlanıb

İspaniyada koronavirusun yeni “omikron” ştammının ilk halı müəyyən edilib.

Bu barədə Madriddəki Qreqorio Maranyon Universitetinin xəstəxanası məlumat yayıb.

“Madriddəki Qreqorio Maranyon Xəstəxanasının Mikrobiologiya Xidməti İspaniyada “omikron” ştamının ilk təsdiqini elan edib. Bu, Cənubi Afrikadan olan bir səyahətçidir”, – xəstəxananın tviterdəki paylaşımında deyilir.

Qeyd edək ki, hazırda “omikron” koronavirusun ən təhlükəli ştamı hesab edilir. Bu ştam artıq dünyanın bir sıra ölkələrində sürətlə yayılmaqdadır. Bəzi mütəxəssislər peyvəndlərin yeni ştama qarşı təsirsiz olduğunu bildirir. 

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 14 =