İspaniyada fırtına nəticəsində beşmərtəbəli bina çöküb

İspaniyada fırtına nəticəsində beşmərtəbəli bina çöküb

İspaniyanın Araqon muxtar icmasında yerləşən Teruel şəhərində beşmərtəbəli bina çöküb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti tviter səhifəsində məlumat yayıb.

“Beşmərtəbəli binanın 21 mənzilinin sakinləri bina tamamilə çökmədən təxliyə edilib”, – məlumatda deyilir. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Lakin “El Español” qəzeti yazıb ki, hər şey binanın son günlər şəhərdə tüğyan edən fırtına nəticəsində çökdüyünə dəlalət edir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − four =