İspaniyada meymunçiçəyinə yoluxanların sayı 220 nəfəri ötüb

İspaniyada meymunçiçəyinə yoluxanların sayı 220 nəfəri ötüb

İspaniya hakimiyyəti krallıqda azı 225 meymun çiçəyi virusuna yoluxma faktını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“III Karlos Sağlamlıq İnstitutu 225 yoluxma halını təsdiqlədi”, – nazirlikdən bildirilib. Bundan əvvəl rəsmi qurumlar 198 yoluxma barədə məlumat veriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, meymunçiçəyi əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrinin yaxınlığında yayılan nadir xəstəlikdir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 10 =