İspaniyada polis yoldan keçənləri bıçaqla hədələyən şəxsi zərərsizləşdirib

İspaniyada polis yoldan keçənləri bıçaqla hədələyən şəxsi zərərsizləşdirib

İspaniya polisi Madriddə yoldan keçənləri bıçaqla hədələyən və polis əməkdaşına hücum edən şəxsi güllələyib.

Bu barədə COPE radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, hücum edən 35 yaşlı evsiz miqrantdır, əvvəllər o, dəfələrlə mühakimə olunub.

Hadisə Villaverde rayonundakı tibb mərkəzinin yaxınlığında baş verib. İşçilər mərkəzi bağlayıb və polisə müraciət ediblər. Polis patrulu hadisə yerinə gəldikdən sonra həmin şəxs qolundan yaralanan asayiş keşikçisinə hücum edib.

Yoldan keçənlər arasında xəsarət alan yoxdur. Polis terror aktı versiyasını istisna edir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 6 =