İspaniyada Ümumdünya Qüds Gününü qeyd edilib
İspaniyada Ümumdünya Qüds Günü cümə günü bir sıra ispaniyalı şəxsiyyətlərin və bu ölkənin mədəniyyət və media xadimlərinin iştirakı ilə keçirilib.
İran İslam Respublikası səfirliyinin mədəniyyət müşaviri və Madrid Əhli-Beyt Cəmiyyətinin iştirakı ilə təşkil olunan bu mərasimdə Həsən Qaşqavi, İran İslam Respublikasının İspaniyadakı səfiri, İran səfirliyinin mədəniyyət müşaviri Məhəmməd Mehdi Əhmədi, Madrid Əhli-Beyt İcmasının prezidenti Əbdül Qəni və fələstinli professor, jurnalist Məcid Dibsi Fələstin və İslami Müqavimət mövzusunda çıxış edib.
İran İslam Respublikasının İspaniyadakı mədəniyyət müşaviri Məhəmməd Mehdi Əhmədi vurğulayıb ki, Fələstin məsələsinin həlli əslində Fələstin xalqı və fələstinlilərin şücaətli müqaviməti və sionist düşmənə meydanı daraltması ilə mümkündür. O, bəyan edib ki, bütün müsəlman xalqları fələstinliləri dəstəkləməlidir.
O əlavə edib: Bu gün Fələstin məsələsi ilk məsələlərdəndir, lakin İslam dünyasının birinci məsələsidir.
İmam Xomeyni (r.ə) Fələstinin sionistlər tərəfindən işğal edilmiş və geniş müstəmləkəçilik məqsədləri güdülən İslam torpağı olduğuna inanırdı.
Əhmədi bildirib ki, İmam Fələstini dəstəkləmək və ona üstünlük vermək zərurətini vurğulayıb və İslam ölkələrinin xalqını birləşməyə və sionizmlə mübarizə üçün bütün imkan və potensiallardan istifadə etməyə çağırıb.
Buna görə də digər ölkələrin xalqları Fələstinə dəstək olmaq üçün iki əsas istiqamətdə hərəkət etməlidirlər:
Birincisi, etiraz mitinqləri keçirmək və Fələstin xalqı ilə həmrəylik və onlara tam dəstəyini bəyan etmək.
İmam Xomeyni (r.ə) mübarək Ramazan ayının sonuncu cümə gününü Beynəlxalq Qüds günü elan etməklə ictimai vəziyyəti dəyişmək istəyib. Belə ki, Fələstin xalqının müdafiəsi üçün İslam ümmətinin birləşməsi ilə onların Fələstin məsələsinə dəstəyindən istifadə etmək istəyirdi.
Sionist rejimlə mübarizə üçün ikinci məsələ İsrail şirkətlərinin boykot edilməsidir.
Dünyadakı bəzi ölkələr İsrail şirkətləri ilə çalışaraq onların iqtisadiyyatını dəstəkləyir, ona görə də bu şirkətlərlə qarşılıqlı əlaqədə olmaq və onların məhsullarını almaq İsrail iqtisadiyyatını dəstəkləmək deməkdir. İslam ümməti bu şirkətləri və onların məhsullarını boykot etməlidir.
Ali Məqamlı Rəhbəri buyururb: “Qüds günü məsələsi əsas məsələdir və təkcə İslam dövlətləri və ölkələrinə xas deyil, Fələstin məsələsi humanitar məsələdir, insan vicdanı buna reaksiya verməyə məcburdur. Biz Beynəlxalq Qüds Gününü qeyd etməklə təkcə Fələstini müdafiə etmirik, həmçinin beynəlxalq zülm və istismara qarşı da müdafiə aparırıq.”